Baku 2017

Gimnastımızın “Bakı-2017”də dördüncü çempionluğu

Milli Gimnastika Arenasında “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə sonuncu – lentlə hərəkətlər yarışı da başa çatıb.

Azərbaycan idmançısı Marina Durundanın təqdim etdiyi kompozisiyanı hakimlər yüksək dəyərləndiriblər.

Frame.az xəbər verir ki, gimnastımızın lentlə hərəkətinə hakimlər 15.450 xal veriblər ki, bununla da M.Durunda fəxri kürsünün qızıl pilləsinə qalxıb. Yeri gəlmişkən, bu, Azərbaycan təmsilçisinin İslam Həmrəyliyi Oyunlarında dördüncü çempionluğudur.

Bədii gimnastikanın bu növündə 2-ci yeri də həmvətənimiz tutub: Jalə Piriyevanın da çıxışını hakimlər 15.450 xalla qiymətləndiriblər və o, yalnız əlavə göstəricilərdə komanda yoldaşından geri qalıb.

Bürünc medalı isə Özbəkistan gimnastı Sabina Taşkenbayeva (14.950) qazanıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!