Goethe-Zentrum Baku qaçqın və miqrantlar haqqında sərgi ilə payız proqramını açacaq

Müharibə, təqib və iqtisadi böhranlardan qaçan insanların sayı heç vaxt bu gün olduğu qədər olmayıb. Bu gün dünyada təxminən 60 milyon insan qaçqındır. 2017-ci il ərzində hər gün orta hesabla 42,500 nəfər məcburi olaraq yaşadığı ərazini tərk edib.

Çox böyük ölçülərə çatmış qlobal miqrasiya təkcə müharibələr və daxili münaqişələrdən qidalanmır, burada həm də iqlim dəyişikliyi rol oynayır.

Hazırda Avropaya gələn qaçqınlar yəqin ki,  böyük miqrasiya dalğasının sadəcə ilk müjdəçiləridir.

 Gerikonun gəmi qəzasına qayıdış. Qaçqın və miqrantlarGoethe-Zentrum Baku-nun direktoru Alfons Huq və Əsli Səmədovanın kuratorluğu ilə təşkil olunan sərgibədii vasitələrdən istifadə edir, poetik yanaşmada mərkəzləşərək miqrasiya mövzusuna müraciət edir. Beləliklə, sərgi qaçqınlara öz individual səs və tarixlərini yenidən qazandıraraq onları adətən göründükləri anonim kütlədən azad etmək məqsədini daşıyır.

Bu mövzunu sensasional şəkildə istismar edən kütləvi informasiya vasitələrindən fərqli olaraq, rəssamlar kontr-obrazlar istehsal edərək qaçqınlara öz ləyaqətlərini qoruyub saxlamaq ixtiyarını verən yumşaq tonlarla oynayacaq.

Aryan Martins yaratdığı böyük freskasında Atlantik okeanında keçən tarixi miqrasıyaların izlərini araşdırır, bura o həm də “Orta Keçid” (milyonlarla afrikalıların Atlantik qul ticarəti çərçivəsində gəmilərlə Yeni Dünyaya göndərildikləri yolların keçdiyi üçbucaq okean sahəsi) adlanılan qul ticarətinin marşrutlarını əlavə edir. Sitarə İbrahimovanın individual miqrasiya mövzusunda hazırladığı araşdırma Kərkənc kəndinin bugünkü  sakinlərinin bənzərsiz təcrübəsindən danışır. Onlar 1989-cu ildə Dağlıq Qarabağdan başlayan məcburi köç nəticəsində o zaman yaşadıqları Ermənistanın şimalındakı  Qızıl Şəfəq kəndindəki evlərini həmin zaman Kərkənc kəndində yaşayan etnik ermənilərlə dəyişməli olurlar. Adad HannaMarsel Odenbax öz videolarında Parisin Luvr muzeyində yer alan Teodor Gerikonun “Meduzanın salı” rəsminə müraciət edirlər. Rəssam əsərdə bugünkü Mavritaniya sahilinin yaxınlığında Fransaya aid hərbi dəniz freqatının qəzaya uğramasından sonrakı anı təsvir edib.  Ömər Viktor Diop Afrika və Şimali Amerikada qaradərililərin azadlıq hərəkatını canlandıran öz portretlər silsiləsini təqdim edir.

Sərgi, 22 Sentyabr, şənbə günü 19:00-da, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 18 Noyabr tarixinə qədər davam edir. Sərgi: çərşənbə – bazar günü 14:00-20:00 qədər davam edəcəkdir. Giriş sərbəstdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: