Görkəmli dramaturq Hüseyn Cavidə həsr olunmuş filmin nümayişi olacaq

Oktyabrın 23-ü “YARAT” film klubu çərçivəsində “Cavid ömrü” filmi nümayişi olacaq.

Frame.az xəbər verir ki, filmin rejissoru, Xalq artisti Ramiz Həsənoğludur.

Azərbaycanın görkəmli dramaturqu, 37-ci il repressiyalarının qurbanı Hüseyn Cavidin həyatının ən yaddaqalan məqamları, qəddar rejim qarşısında baş əyməyən ədibin və onun ailə üzvlərinin faciəsini əks etdirən filmə Cavidin ən məşhur pyeslərindən parçalar üzvi şəkildə daxil edilib.

Film rejissor və yaradıcı heyət tərəfindən təqdim ediləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: