Görmə və eşitmə qüsuru olan insanlara tiflo tərcümə olunmuş “Dolu” filmi təqdim olunacaq

Mayın  07-də   Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün  tiflo tərcümə edilmiş  milli “Dolu” filmini təqdim edəcək.

Qeyd edək ki, 2018-ci ildə qalib olduqları  “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Azərbaycan Əlil Ziyalılar ictimai  Birliyi  tərəfindən “Dolu” bədii filminin tiflo və surdotərcüməsi  hazırlanıb.

Nümayişdə  dövlət və qeyri-hökumət təşkilatları, eləcə də görmə və eşitmə imkanları məhdud şəxslər iştirak edəcək.

Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi çərçivəsində danişma və eşitmə qabiliyyəti məhdud  olan insanlar üçün xüsusi tiflo və  surdotərcümə olunmuş filmlərin  təşkili və nümayişi  təmənnasız keçirilir .

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: