Görmə və eşitmə qüsuru olan insanlara tiflo tərcümə olunmuş “Dolu” filmi təqdim olunub

Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün  tiflo tərcümə edilmiş  milli “Dolu” filmini təqdim edib.

“Dolu” bədii filminin tiflo və surdotərcüməsi  Azərbaycan Əlil Ziyalılar Ictimai  Birliyi  tərəfindən hazırlanıb.

Tədbirdə, Milli Məclisin deputatı, filmin ssenari müəllifi Aqil Abbas, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, Azərbaycan Əlil Ziyalılar Ictimai  Birliyinin sədri Reyhan Əliyeva filmin tiflotərcümə olunması ilə  bağlı fikirlərini söyləyiblər. Filmdən sonra, ictimayi birliyin görmə qüsuru olan nümayəndələri  çıxış edərək,  filmin nümayişinin  mədəni hadisə olduğunu vurğulayıblar və belə  bir tədbirlərin   sıx kecirilməsini arzu ediblər.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi çərçivəsində danişma, görmə  və eşitmə qabiliyyəti məhdud  olan insanlar üçün xüsusi tiflo və  surdotərcümə olunmuş filmlərin  təşkili və nümayişi  təmənnasız keçirilir .

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: