Görmənizi yaxşılaşdırmaq və bərpa etmək üçün bunlara əməl edin

Müasir zamanımızın ən böyük problemlərindən biri də görmənin zəifləməsidir. Əgər komputer qarşısında saatlarca vaxt keçirirsinizsə, mütləq gözlərinizin qayğısına qalmalısınız. Göz sklerinin quruması nəticəsində görmə qabiliyyəti zəifləyir. Görmənizi yaxşılaşdırmaq və bərpa etmək üçün bəzi məsləhətlərimiz olacaq.

Gözlərinizə istirahət verin – Gün ərzində 2 dəqiqənizi ayıraraq gözlərinizi yumun. Bunun sayəsində gözləriniz istirahət edəcək.

Eynək və ya linza – Əgər eynək və ya linza taxırsınızsa bu o demək deyil ki, gün ərzində onları çıxarmamalısınız. Alimlər hələ də eynəyin xeyirli olub – olmamasını qərarlaşdıra bilməyiblər. Çünki daimi olaraq eynəkdən istifadə gözməni zəiflədir. Gün ərzində ən az yarım saat eynəksiz gəzin.

Göz massajı – gün ərzində gözlərinizi 1 dəfə masaj edin. Bu qan dövranını yaxşılaşdırır və görmənizi daha da yaxşılaşdıracaq.

Fasilə edin – Gün ərzində hər 20-dəqiqədən bir işə fasilə verin.

Gözlər üçün məşq – Şəkildə gördüyünüz işarələr üzrə gözlərinizi hərərkət etdirin. Bir neçə gün bunları edin və nəticə sizi çox gözlətməyəcək. Bu hərəkətləri həm gözü bağlı həm də gözüaçıq şəkildə edə bilərsiniz.
2

Gözlər üçün isti kompreslər – Əgər gözləriniz yorulubsa, onlara isti kompress edin. Bu həm də baş ağrısına qarşı da effektlidir.

Dieta – dietada olan şəxslər rasionlarına diqqət etsinlər. Rasionunuzda mütləq bu ərzaqlar olmalıdır: balıq yağı, kök, göyərti, qoz- fındıq. Bu qidalar qaranlıqda daha yaxşı görməni təmin edir. A vitamini yaxşı görmə üçün çox faydalıdır.

Təmiz hava – təmiz hava və çoxlu gəzmək nəinki görmənizi gücləndirəcək, həmçinin bütün orqanizminiz üçün faydalıdır.

Hər zaman sağlam olun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: