Idman

Göygöldə qadın voleybolçular arasında Avropa çempionatı öncəsi test oyunu keçirilib

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda qadın voleybol komandaları arasında Avropa çempionatının final oyunları keçiriləcək. Azərbaycanda oyunlar Bakı və Göygöl şəhərlərində olacaq.

Frame.az xəbər verir ki, iyulun 25-də Göygöldə Avropa çempionatının test – yoxlama oyunu keçirilib. Oyunun əsas məqsədi arenada hər hansı çatışmazlıq olduğu təqdirdə Avropa çempionatınadək onun aradan qaldırılmasıdır.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən test oyununda Avropa Voleybol Konfederasiyasının nümayəndələri oyun zamanı çelenc sisteminin işləməsini, işıqlandırmanı və s. yoxlayıblar.

Avropa çempionatı zamanı Göygöldə “D” qrupunun oyunları təşkil ediləcək. Bu qrupda Hollandiya, Belçika, Serbiya və Çexiya yığmaları yer alıblar.

Xatırladaq ki, on altı ölkənin iştirak edəcəyi çempionatın oyunları Bakı, Göygöl və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!