Gül Bayramına həsr olunmuş “Herbari” müsabiqəsinə start verildi

Yaşıl ASAN” təşəbbüsü Gül Bayramına həsr olunmuş “Herbari” müsabiqəsinə start verir!

Müsabiqədə münsiflər tərəfindən seçilmiş əl işlərin müəllifləri xüsusi diplom və müxtəlif hədiyyələr ilə təltif olunacaq.

Müsabiqənin 2 həftə müddət ərzində herbari haqqında məlumat verilməsi, təbiətə və bitkilərə qarşı marağın artırılması ilə bağlı maarifləndirici təlimlər keçiriləcək.

Təlimlərdə iştirak etmək üçün qeydiyyat forması:

https://goo.gl/sJMBmy

Müsabiqədə əl işini təhvil etmək üçün son tarix 8 may 2017 il.

Müsabiqənin əsas məqsədi
-ətraf mühitdə bizə adi gələn bitkilərin qurudaraq ölümsüzləşdirmək
-insanların təbiətlə daha yaxın münasibətini təmin etmək
-təbiətdə olan gözəllikləri kəşf etmək

Müsabiqənin şərtləri

1. Sərgidə qurudulmuş və təzə bitkilərdən müəyyən əl işləri nümayiş etdirmək
2. Hər bir iştirakçı sərgidə beş əl işini nümayiş etdirə bilər.
3. Rəsmin arxa tərəfində işin adı, müəllifin adı, familiyası, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.
4. Əl işləri 1 saylı “ASAN xidmət” mərkəzinə təhvil verilməlidir.
Əlaqə nömrəsi (+994) 70 408 0108 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: