Günə smuzi ilə başlayın -Resept

Fitneslə məşğul olan insanlar smuzidən daha çox istifadə edir. Səhərə evdə hazırladığınız smuzi ilə başlasanız gün ərzində özünüzü gümrah hiss edəcəksiniz. Resepti təqdim edirik:

Tərkibi:

1 stəkan süd
2 xörək qaşığı yulaf (tez hazırlanan və ya əvvəlcədən hazırladığınız)
1 banan
1 xörək qaşığı bal

Hazırlanması: 1 stəkan südü blenderə əlavə edirik və üzərinə doğranmış bananı əlavə edirik. Daha sonra yulaf və balı da əlavə edirik. Qarışdırırıq və smuzi hazırdır. Bu qarışıqdan təxminən 2 stəkan smuzi alınır.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: