Günəş sönərsə Yerdə həyat nə qədər davam edər?

Bir fincan isti kofeni soyuducuya qoyduqda belə, o, əlbəttə ani olaraq donmayacaq. Bax eləcə də Günəş bir anlıq sönərsə (əlbəttə bu fiziki olaraq mümkün deyildir) Yer və onu əhatə edən fəza bir neçə milyon il istiliyi saxlayacaq. Lakin bizim planetin insanları bu soyuğu daha tez hiss edəcək.

İlk həftə ərzində Yer səthində orta qlobal temperatur 17° C olacaq, ilk il ərzində isə artıq -40° C çatacaq. Okeanların üst qatı donacaq, ancaq buz özlüyündə alt qatı “qızdıraraq” onun donmasına 100 min illər qədər imkan verməyəcək.

Milyon il sonra isə Yer öz stabil temperaturuna qovuşacaq və bu -160° C təşkil edəcək. Bu zaman nüvədən yayılan tempetur, onun kosmik fəzaya yaydığı temperatura bərabər olacaq. Bu barədə Kaliforniya Texnoloji İnstitunun planetlər elmi üzrə professoru Devid Stivenson bildirib. Planetimizin qabığında yaşayan mikroorqanizmlər sağ qalsa da, Yerdə həyat çox tez başa çatacaq. Belə ki, fotosintez ani olaraq sona yetəcək, bitkilərin çoxsu elə ilk həftələrdə öz ömrünü başa vuracaq. Lakin buna baxmayaraq böyük ağaclar bir neçə on min illik qədər yaşaya biləcək. Buna səbəb zəif gedən metabolizm prosesi və saxarozanın kifayət qədər ehtiyyata sahib olması olacaq.

İnsanlara gəlincə, onlar yer altı gəmilərdə, okeanın isti dərinliklərində qala bilər və ya geotermal mühit əhatəsində bir müddət yaşaya bilərlər. Hal-hazırda Yerdə belə şərait ən yaxşı halda İslandiyada mümkündür. Bu adanın sakinlərinin 87% öz evlərini məhz geotermal enerji sayəsində qızdırır.

Əlbəttə Günəş tək planetimizi qızdırmaq funksiyasını yerinə yetirmir. Məhz onun böyük çəkisi bizim planeti öz orbitində saxlayırdı. Əgər Günəş yox olsa, onda bizim planet sanki hava ilə doldurulmuş və ani olaraq əldən buraxılan şar effektini xatırladacaq.

Günəş çox böyük qüvvədir.

astronomiya.club

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: