Günay Əfəndiyeva Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının səfirləri və UNESCO rəsmiləri ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay  Əfəndiyeva Fransa Respublikasına səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Fransada akreditə olan səfirləri ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayev,Türkiyə Respublikasının Fransa Respubblikasındakı səfiri İsmail Hakki Musa,Qazaxıstan Respublikasının Fransa Respublikasındakısəfiri Sem Jan Qaliyev, Qırğız Respublikasının Belçika Kralığındaki səfiri Muktar Djumalaev ilə keçirilən görüşlərdə G. Əfəndiyeva türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə Fondun həyata keçirdiyi layihələrdən bəhs edib. Görüşlərdə, Fondun fəaliyyətində  təşkilataüzv olkələrin aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni mirasının mühafizəsi istiqamətində birgə tədbir və layihələrin keçirilməsi  ilə əlaqədar dəstək bildirilib,mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Hemçinin, səfər çərçivəsində Fondunun prezidenti G.Əfəndiyeva UNESCO-nun Baş direktorun müavini Firmin Eduard Matokoilə keçirilən görüşdə Fond ilə UNESCO arasında mədəni irsin muhafizəsi istiqamətində qələcək birgə əməkdaşlıq  müzakirə edilib.

Frame.az

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: