IqtisadiyyatTəqdimat

Günay Əfəndiyeva Macarıstandan gələn tanınmış türkoloqlarla görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstandan gələn heyyətin nümayəndələritanınmış diplomat və türkoloq Janos Hovari vəməhşur macar türkoloqu pofessor György Hazainin qızı Sesilia Hazai iləFondda görüş keçirib.

Görüş zamanı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti G. Əfəndiyeva Fondun türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib. O, həmçinin türkdilli xalqlar ilə macarlar arasındakı bağlılıqdan söz açaraq, bu iki xalqın bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib. G.Əfəndiyeva qonaqları Macarıstanın müşahidəçi dövlət olaraq Türk Şurasına üzv olmağı münasibəti ilə bir daha təbrik edib.

Professor J.Hovari öz növbəsində Macarıstanda türkologiyanın inkişafını və bu sahədə aparılan bir çox elmi araşdırmalar barəsində danışıb. O, həmçinin Fondun bütövlükdə türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək, Macarıstan Respublikasının Fondun fəaliyyətini  hər zaman dəstəkləməyə hazır olduğunu bildirmişdir.

Hazai atasının türkologiya sahəsində gördüyü işlərdən danışaraq türkdilli xalqların artıq ona doğma olduğunu bildirib. Xanım Hazai Fond ilə birgə əməkdaşlığa müsbət münasibət bəslədiyinivə professor G.Hazainin elmi fəaliyyəti müddətində yaratdığı qiymətli kitabxananın qapılarını hər zaman açmağa hazır olduğunu qeyd edib.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib və gələcək layihələr üzərində əməkdaşlıq məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşdə Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyidə iştirak edib.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!