Mədəniyyət Nazirliyinin tərk etdiyi ac atlar xilas olundu

Leyla Əliyeva Mədəniyyət Nazirliyinin tərk etdiyi ac atları xilas edəcək

Heydər Əliyev Fondunun vitse-prezidenti, şair və xeyriyyəçi Leyla Əliyeva Şəkidəki Respublika Atçılıq Turizmi və Milli At Oyunları Mərkəzindəki vəziyyəti nəzarətə götürüb.

Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya və damazlıq mərkəzinin elmi işçisi, Qarabağ və Dilboz cinslərinin Dövlət sürüsü kitabının müəllifi Taleh Mustafayev məlumat verib.

Qeyd edək ki, mərkəzin Mədəniyyət Nazirliyi tərəfindən atılan, aclıqdan ölən atlarının hekayəsi bütün ictimaiyyəti şoka salmışdı. Bəslənmədən çıxan sümükləri görünən arıq heyvanların fotoşəkilləri mediada, sosial şəbəkələrdə və bloglarda müzakirə olunurdu. Ən qayğıkeş və mərhəmətli insanlar, hər hansı bir şəkildə – ot, taxıl, kiçik pul köçürmələri ilə kömək etməyə tələsirdilər. Ancaq bütün bunlar, təəssüf ki, okeanda bir damla idi. Sözün əsl mənasında bir dəri, bir də sümükləri qalan atların tam reabilitasiya və yüksək keyfiyyətli qidalanmaya, eləcə də vitaminlərə ehtiyacı var idi. Mərkəzdəki 40 atdan 23-ü möcüzəvi şəkildə sağ qalmışdı. Onların hamısı çox çətinliklə ayaq üstündə qala bilirdi.

Mərkəzin direktoru Rafik Ramazanov, Mədəniyyət Nazirliyinə mütəmadi olaraq məktublar göndərdiyini, vəziyyət barədə məlumat verdiyini, atların aclıqdan öldüyünü və mərkəzin işçilərinin 4 aydır maaş almadıqlarını söyləsə də, bu heç bir nəticə verməmişdi.

Mərkəzin fəaliyyəti dövrlərində burada dəfələrlə çovqan yarışları keçirilib. Yarışlarda iştirak edib 11 dəfə çempion adını qazanan İlqar Hümbətov hal-hazırda mərkəzdə demək olar ki, tək qalıb. İşçilər uzun müddətdir maaş almadıqları üçün məcburi mərkəzi tərk ediblər. Amma İlqar bəy atları sahibsiz qoymayıb. Özü onlara qulluq edir, hətta bu işə oğlunu da cəlb edib. Onun dediklərinə görə 11 illik yarış dostu Tayfun ləqəbli axaltəkə cinc atını itirdikdən sonra bu atları sahibsiz qoyub gedə bilmir.

Bütün bu sadalananları Şəkiyə ezam olunmuş müxbirimiz öz gözləri ilə görüb.

Belə ki, bir qrup jurnalist Şəkidəki Respublika Atçılıq Turizmi və Milli At Oyunları mərkəzini ziyarət edib. Atların vəziyyəti ilə yaxından tanış olub. Atların çoxu o qədər zəifdirlər heç otlaqlarda otlaya da bilmirlər.

Lakin gözlənilən şad xəbər özünü çox gözlətmədi.

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya qayğı göstərdiyinə və mərkəzimizə kömək etdiyinə görə çox minnətdarıq. Onun sayəsində bütün problemlər yaxın gələcəkdə həll olunacaq ”- deyə Taleh Mustafayev bizə məlumat verdi.

Bir daha qeyd edək ki, Şəki atçılıq mərkəzində bahalı damazlıq atlar var. Bunların arasında ərəb atları, Oryol trotter, İngilis qanlı, Axalteke və hətta Qarabağ atları var. Lakin sadalanan cinslərdən olan bir çox at acından ölmüşdür.

Ülviyyə Ədalətqızı

Foto: İradə

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: