Gürcüstan təmsilçisi Bakıda birinci oldu – fotolar

Aprelin 21-də Bakıda “Youthvision 2017” beynəlxalq mahnı müsabiqəsi keçirilib.

Frame.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Youthvision 2017” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir.

Müsabiqədə ümumilikdə 19 ölkənin – Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib.

Müsabiqədə qiymətləndirmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Müsabiqənin ümumi mükafat fondu 6 min ABŞ dollarıdır.

Sonda qaliblər mükafatlandırılıb: birinci yeri Gürcüstan (109 xal), 2-ci yeri Qırğızıstan (100 xal), 3-cü yeri Moldova (97 xal) təmsilçiləri tutublar.

Qeyd edək ki, aprelin 15-dən 22-dək Bakıda olan qonaqlar şəhərimizin müxtəlif yerlərini gəzib, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr ilə yaxından tanış olublar. Səfər çərçivəsində onlara Azərbaycan tarixi haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: