Həmrəylik Günü və Yeni İl münasibəti ilə veloyürüş təşkil olundu

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasıyası, “Ladıes on Bıkes” xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı həmçinin “Velosport” mağazalarının yaxından dəstəyi ilə “Yeni il və Həmrəylik ” veloyürüşü keçirilib.

Veloyürüş Azadlıq meydanından start götürərək Ağ şəhər bulvarına qədər hərəkət edib və “PortBaku”nun qarşısında yürüş başa çatıb.

Veloyürüş sonunda Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Respublika Velosiped Trekinin direktoru Ceyhun Mirzəyev və “Ladies on Bikes” klubunun rəhbəri Nur Axundlu talassemiyalı və hemofiliyalı pasientlərini və onların ailə üzvlərini Həmrəylik Günü və Yeni İl  münasibətilə təbrik ediblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova və Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış edərək təşkil olunan tədbirə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.

Sonra Talassemiyalı və hemofiliyalı pasientlərinə Velosiped İdmanı sahəsində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının əməkdaşları  “FəxriFərman”a layiq görülüblər.

Yürüşün yekununda Şaxtababa və Qarqız tərəfindən talassemiyalı və hemofiliyalı pasientlərinə Yeni il münasibətilə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla dövlət əhəmiyyətli günlərdə veloyürüşlər təşkil edir.

Təşkilat komitəsi /Frame.az 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: