Həmrəylik gününə həsr olunmuş möhtəşəm bayram konserti keçiriləcək

Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçiriləcəkdir. Tədbirdə rayon rəhbərliyi, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirakı nəzərdə tutulmuşdur.

Tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 24-də təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan – gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş, rayonun müxtəlif sahələrində çalışan və ali məktəblərdə təhsil alan gənclərin bu tədbir  üçün hazırladıqları və ölkədəki iqtisadi, siyasi, elm və mədəniyyət, idman və digər sahələrə həsr olunmuş elmi məqalələrinin toplandığı kitabın təqdimatı keçiriləcək.

Tədbirin rəsmi hissəsində Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputarı Şəmsəddin Hacıyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasovun çıxışı nəzərdə tutulub.  

Rəsmi hissəsindən sonra Muğam Mərkəzinin zalında Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti olacaqdır.  

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: