Həmyerlimiz Londonda dünya çempionu olub

Türkiyəli idmançı Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda yüngül atletika üzrə dünya çempionu olub.

Frame.az xəbər verir ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyəyə birinci çatıb.

İkinci yeri 20,11 saniyə nəticə ilə Cənubi Afrika Respublikası təmsilçisi Vayde Van Nikerk, üçüncü yeri isə eyni göstərici ilə Trinidad təmsilçisi Jerim Riçards tutub.

Qeyd edək ki, 2011-ci ilədək Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: