“Hər Bir Uşaq Bizim Övladımızdır” – UAFA, Gəncə

UAFA 1998-ci ildə Azərbaycanda uşaqların təhsil və sağlamlığı əsas diqqət mərkəzində olmaqla, sosial həyatın inkişafına kömək məqsədilə yaradılmış QHT-dir.

UAFA-nın məqsədləri:

-Dövlət himayəsində olan uşaqların sayının azaldılması (De- institutalizasiya).

– Dövlət uşaq müəssisələrində qayğı səviyyəsinin yüksəldilməsi.

-Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin inkişaf etdirilməsi.

Əhatə etdiyi sahələr:

Müvəkkillik, İƏR-İcma Əsaslı Reabilitasiya, Deinstitutalizasiya, Erkən Müdaxilə, Sosial İş, Məktəbəqədər təhsil, Vətəndaş cəmiyyətinin maarifləndirilməsi, Araşdırma və tədqiqatlar.

Oktyabrın 23-də KİV nümayəndələri Gəncədə yerləşən UAFA İƏR mərkəzində səfərdə oldu. Qeyd edək ki, fəaliyyətə başladığı 2003-cü ildən bu günədək UAFA GƏNCƏ İƏR mərkəzindən birbaşa 1068, dolayısı yolla isə 350-dən çox uşaq bəhrələnib və onlarla uşaq hələdə növbə gözləyir.

UAFA-nın  Gəncə regional bölgəsi Gəncə şəhər 43 nömrəli məktəbin binasında fəaliyyət göstərir. İcra başçısı Elmar Vəliyevin  göstərişi ilə burda, reabilitasiya mərkəzində uşaqlara 3 otaq ayrılıb. İƏR bir reabilitasiya metodu deyil, proqramdır. Burada əlilliyi olan uşaqlara tək yox, öz valideynləri ilə birlikdə bütün proqramlar tətbiq olunur. Uşaqlara hərtərəfli qayğı və sevgi aşılanır. Məhz buna görə buraya üz tutan valideynlərin övladları tez bir zamanda cəmiyyətə inteqrasiya oluna bilir.

Burada həmçinin Valideyn Birlikləri də yaradılmışdır. Bütün valideynlər birlikdə öz övladlarının hər gün qazandığı uğura sevinir. Mərkəzin işçi heyyəti uşağın normal inkişafı, oyunun zəruriliyi, məşğələ planının hazırlanması, əlilliyin erkən aşkarlanmasının vacibliyi, aktiv terapiyanın əsasları, hərəkət və düzgün vəziyyət, hərəkətin inkişafı, qaldırma və daşınma qaydaları, autizm, əlilliyin ailə həyatına təsiri, əlilliyə yanaşma, serebral iflic, nitq terapiyası və s. təlimlərdə fəal və aktiv iştirak edir. Məhz buna görə artıq yüzlərlə uşağın uğur tarixçəsi yaranıb.

Qeyd edək ki, mərkəz uşaqlarla hərzaman əlaqədədir. Reabilitasiya dövrünü başa vurmuş uşaqların bəziləri müxtəlif festivallarda , paraolimpiya yarışlarında, teatr səhnələrində uğur qazanmışlar. Bu uğurun qazanılmasında mərkəzdə çalışan əməkdaşların çox böyük rolu vardır.

Tədbirin sonunda KİV nümayəndələri mərkəzdə fəaliyyət göstərən “Fidanlar” teatr dərnəyinin üzvlərinin ifasında Məhsəti Gəncəvinin həyatından bəhs edən kiçik tamaşanı izlədilər. Və bir daha bu mərkəzin sözdə deyil, həyatda nəyə qadir olduğunu oz gözləri ilə gördülər. UAFA -nın şüarının “Hər Bir Uşaq Bizim Övladımızdır” olması sözün əsl mənasında öz təsdiqini tapmışdı14642342_1201802146529554_3206958983698040268_n14713744_1201802386529530_6343377479721665908_n14826213_1123931044365914_1420841541_n-114570283_1201802519862850_850062838755614054_n14800758_1123931071032578_1034752194_n-114797490_1123930517699300_5783030_n14729172_984392281672888_3457567496443299495_n

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: