Hər kəs üçün zərif və xoş ətirli məhsullar!

Svetlana Maraxovskaya, “Krasnaya liniya” (Rusiya) ticarət şirkətinin Baş direktoru

– Bizim şirkətin ekspozisiyası kosmetik məhsulların istehsalçısı “Russkaya kosmetika” şirkəti sayəsində uşaq və böyüklər üçün möhtəşəm və cəlbedici məhsullardan ibarətdir. Bu gün biz Azərbaycanda yaxşı tanınan “Krasnaya liniya” (“Qırmızı xətt”), “Osobaya seriya” (“Xüsusi seriya”), “Russkaya traditsiya” (“Rus ənənəsi”), “Babuşkina apteka” (“Nənənin apteki”) kimi məhsul silsiləsinə aid olan saç üçün ən müxtəlif müasir və klassik boyalar, şampun-balzamlar, duş üçün gellər, intim gigiyena vasitələri və bir sıra digər məhsulları təqdim edirik. Şirkətimizin yeni məhsulları arasında oğlan uşaqları üçün “Viking” kosmetik məmulatı, o cümlədən yumşaq şampun, yuyunmaq üçün vasitə, gel-köpük, uşaqlar üçün sprey-kondisioner və s. yer alır.

Bizim təkliflərimizə Rusiya bazarında məşhur olan ən yaxşı depilyasiya məhsulları, bolqar təchizatçılarının təklif etdiyi məhsullar, çəhrayı yağ və üzüm çəyirdəyindən hazırlanmış kosmetik məhsullar, eləcə də, “Fara” və “Impressian fantasy” məhsul xəttinə aid olan saç üçün şampun-balzam daxildir. Ziyarətçiləri günəş şüalarından qorunmaq üçün məhsullar, tərləməyə qarşı vasitələr, ayaq üçün deodorant-spreylərdən tutmuş əl və dırnaqlar üçün yumşaq şampun, gel-köpük və zərif kremə qədər geniş məhsul çeşidi maraqlandırır. Təqdim olunan bu məhsullar öz alıcılarını gözləyir!

Biz artıq distribusiya üzrə perspektiv təklif almışıq və sərginin nəticələrinə əsasən, əməkdaşlıq üçün ən yaxşı variantlar arasında seçim edə bilərik.

image006-1Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: