Həsən Əblucun 75 illik yubileyi keçirildi

Aprelin 22-i Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə tanınmış aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Frame.az-ın məlumatına görə, tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət siyasəti sektorunun aparıcı məsləhətçisi Tomris Hacıyeva, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, bəstəkar, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Oqtay Rəcəbov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Sultan, kinorejissor, aktyor,əməkdar artist Elxan Qasımov, əməkdar artist, aktyor və bədii qiraətçi ADMİU-nun dosenti Azad Şükürov, xalq artisti,teatr-kino və televiziya rejissoru Ramiz Həsənoğlu, xalq artisti,teatr və televiziya aktyoru Yasin Qarayev, Azərbaycan kino rejissoru, aktyor və Həsən Əblucun qardaşı Ənvər Əbluc eləcə də, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri G.Hüseynova açaraq, Həsən Əbluc yaradıcılığında janr müxtəlifliyi fonunda məqsəd ümumbəşəri dəyərlərin qorunmasını bildirib. Həsən Əblucun həyat və yaradıcılığından bəhs edən “Bir odlu ürəkdir” adlı film nümayiş olunub.“Pəncərə” filmindən fraqment təqdim olunduqdan sonra, Həsən Əblucun ifasında Rəsul Rzanın “Unutmayın” şeiri səslənib.

Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor və Həsən Əblucun qardaşı Ənvər Əbluc öz çıxışında vurğulayıb ki, “Vaxt ötür, maraqlar, zövqlər, tələblər dəyişir. Kino da, teatr da dəyişikliyə uğrayır, müasirləşir. Lakin Həsən Əblucun çəkdiyi filmlər və onun yaratdığı obrazlar yaşayır və yaşayacaq”.

Tədbirin bədii hissəsində muğam üçlüyünün ifasında “Qaragilə” xalq mahnısı səslənib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: