CinemaTəqdimat

Həyat Onu Yaşaya Bilənindir

Cənnət Filmdən yeni ekran əsəri olan “Nazlı” aprelin 27-dən böyük ekranlarda nümayiş olunacaqdır.

Şüarı “Həyat Onu Yaşaya Bilənindir” olan filmin baş qəhrəmanı Nazlı çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir. Nazlının atası Şamil ağır təbiyyətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq olan, ciddi biznesmendir. Qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək.

Bundan sonra Nazlının macəraları başlayır…

Frame.az

http://https://www.youtube.com/watch?v=T35atEpLO3Y

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!