Baku 2017

Həyəcanlı səyahət Qəbələyə yetişdi

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı ölkəmizin sürətlə inkişaf edən və gözəlləşən diyarı, qədim və müasir Qəbələ şəhəri olub.

Qəbələ rayonunda su səyahətinə Nohur gölündən su götürülməklə start verilib. Böyük Qafqaz dağlarının yaxınlığında, dumanlı meşələr arasında yerləşən, göy suları ilə yadda qalan Nohur gölü ilin istənilən mövsümündə gözəldir. 1949-cu ildə bu gölün yanında ətraf kəndləri su ilə təchiz edən su anbarı yaradılmışdır. Bu gün bu məkan məşhur istirahət mərkəzidir.

Su mərasimi, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə, taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi.  Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilen tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov ve Müşviq Abbasov da var idi.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı keçirildi, konsert proqramı və atəşfəşanlıq ilə davam etdi.

Qeyd edək ki, Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 29 aprel tarixində Qusar şəhəri olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!