EventsMotivasiyaPsixologiya

“Həyat səni dəyişməsin! Sən həyatını dəyiş!”

Düşüncələrimiz həmişə yaşayır, bəs biz necə? Problem nədir və problemlərdən necə qurtulmalıyıq? Travmaları, pis xatirələri, kodları, qurğuları şüurumuzdan necə təmizləyək? Varlı olmağın yolları hansılardır?

Gündəlik həyatımızın gərgin, yorucu qayğılarından xilas olmaq mümkün deyil, amma onlara yanaşmaq tərzimizi və bununla da həyatımızı dəyişə bilərik.

Fevralın 22-də Port Baku Residensin konfrans zalında “Yeni Dünyaya Qapılar” açılır layihəsinin təqdimatı ilə əlaqədar KİV-lər üçün brifinq keçirildi.

Brifinqi açıq elan edən layihə rəhbəri Pərvanə İsmayılova layihə barədə məlumat verib. O deyib ki, bir il bundan əvvəl ailəsində yaşadığı stress və faciə onun həyatını 180 dərəcə dəyişdi. Güclü xarakter və daxili istəyi ona sınmamağa və üzərinə çökmüş qaraltı, həmçinin problemlərdən qaçmağa kömək etdi. Özünün dediyi kimi, uçurumun kənarındaykən Yeni Dünyanı kəşf etdi və bununla da həyatını dəyişdi, yeni biliklər, Kainatın sirrlərini öyrənməyə başladı. Məşhur trenerlərdən dərs alan və xüsusi kurslar keçən Pərvanə İsmayılova artıq ona müraciət edənlərə özü də yardımçı olduğunu deyib.

Frame.az-a müsahibəsində Pərvanə İsmayılova bunları qeyd edib:

“Bu layihə Yeni Dünyanın qapılarını açmaq istəyən və eləcə də Bakı və Bakıdan kənarda yaşayan, problemlərdən qurtularaq rifaha qovuşmaq istəyən insanlar üçün nəzərdə tutulub. İlk dəfə olaraq Azərbaycanda bu sahə üzrə rəsmi olaraq sayt yaradılıb və seminarlardan ibarət səsyazmalar hazırlanıb. Ümid edirəm ki, bu nəinki sadə insanlara, hətta müxətlif şirkətlərə, təşkilatlara arzuolunan nəticələr əldə etməyə yardımçı olacaq.“ Onun sözlərinə görə layihə elmi müddəaları özündə cəmləşdirir.

Brifinqdə layihənin saytı və video çarx təqdim edilib, ətraflı məlumat verilib. Qeyd edək ki, videoçarxlar silsilə xarakter daşıyır və hər biri konkret mövzunu özündə əks etdirir. Bundan əlavə qeyd edildiyi kimi meditasiyalar və afrirmasiyalar üzrə audioyazılar da saytda təqdim ediləcək. Brifinqdən sonra sual-cavab formatında müzakirə aparılıb, media nümayəndələri və tədbirə qatılan psixoloqlar fikirlərini bildiriblər.

Daha Ətraflı məlumat almaq və seminarlara qatılmaq istəyənlər www.yenidunya.az saytında qeydiyyatdan keçə və ya 051 9000970 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin tərəfdaşı Super Kids Club Uşaq Tədris və İnkişaf Mərkəzi, media dəstəyi “AzerNewMedia”dır.

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!