EventsTurizmTəqdimat

Həyatda və işdə müvəffəqiyyət əldə etmək üçün dayanmadan işləmək lazımdır

Bu sözləri ötən gün “Hotel Academy” grupun təşkil etdiyi seminarda “Eastern Mediterranean University”-nin Turizm və Qonaqpərvərlik fakültəsinin professoru, Türkiyədə “Rixos” Otellər şəbəkəsinin HR koordinatoru, “Royal Caribbean” və “Celebrity Cruise” şirkətlərinin Türkiyə üzrə Personal və Təhsil müdürü, “Starboard Cruise Services ” şirkətinin HR üzrə Türkiyə nümayəndəsi, İFSE (İtalian Food Style Education) şirkətlərində Türkiyə üzrə məsul şəxsi Muammer Songur otelçilik haqda gənclərə verdiyi seminarda danışarkən deyib: “Həyata 14 yaşımda xörəkpaylayan köməkçisi olaraq başlamışam. Mən xörəkpaylayan işləyəndə orada mənimlə yaşıd olan balaca bir qız gördüm. Ona su vermişdim. O, isə mənə “Mən burada rəqqasə olaraq çalışacağam” demişdi. Həmən qız kim idi bilirsiniz? Sibel Can illər, sonra biz Sibel Can ilə qarşılaşanda o, məşhur bir müğənni mən isə dünya divi olan “Royal Caribbean” şirkətinin kadrlar üzrə mütəxəssisi idim”.

Songur həyatda və işdə müvəffəqiyyət əldə etmək üçün dayanmadan işləmək lazım olduğunu bildirib: “İndiki zamanda sadəcə universitet bitirmək və ya dil bilmək kifayyət deyil. Hər insan edə biləcəyindən belə daha çox şey etməlidir”. Və Muammer Songur uğur qazanmaq istəyənləri və bu sahədə daima irəliyə getmək istəyənləri “Hotel Academy’ə” dəvət edib. Qonaqlarla maraqlı sual-cavabdan, sonra iştirakçılar sertifaktlarla təltif edilib. Qeyd edək ki, “Hotel Academy” şirkəti turizim üzrə dünyaca məşhur təlimçiləri Azərbaycana dəvət etməyə davam edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!