Faydamız OlsunMotivasiyaSağlamlıq

Həyatınızı uzatmaq üçün 5 sadə üsul

İnsanların uzun ömürlü olub cavanlıqlarını uzatmaq üçün aparılan tədqiqatlara kifayət qədər vəsait xərclənir. Lakin bütün bunlara çox pul xərcləmək lazım da deyil. Həyatınızı uzatmaq üçün məhz bugün bəzi üsullardan istifadə edə bilərsiniz.

Siqareti tərgitmək

Dərinizi qocalmaqdan qorumaq üçün edə biləcəyiniz ən effektiv şey siqareti tərgitməyinizdir. Əgər siz heç bi zaman siqaret çəkməmisinizsə və ya üzün müddətdir ki ona toxunmamısınız, o zaman məqalənin növbəti hissəsinə keçə bilərsiniz. O şəxslər ki gün ərzində heç olmazsa yarım qutu siqaret çəkir, bununla öz sağlamlıqlarına vurduqları zərər barədə ciddi düşünməlidirlər. Bu vərdiş yalnız daxili orqanlara deyil, eləcə də onların görünüşlərinə mənfi təsir edir.

Siqaret çəkmək insan dərisinə ciddi təsir göstərir. Nəfəs alınan tüstü üz dərisi ilə təmasda olaraq hüceyrələrdə müəyyən biometrik dəyişikliklərə səbəb olur.

Bu tüstü əsasən epidermis altında yerləşən kollagen və edastin adlı iki zülala pis təsir edir. Məhz bu zülallar dərinin elastikliyi və qıvraqlığı üçün cavabdehlik daşıyırlar. Siqaret çəkən insanın dərisi nəticə etibarilə çəkməyən insanların dərilərinə nisbətən daha tez qırışlanır və sallanır.

Siqaret tüstüsünün təsiri altında qan damarları da daralırlar. Bu damarlar isə öz növbəsində dəri hüceyrələrini oksigen və qidalı maddələrlə təchiz edir. Bu ziyanlı təsir nəticəsində hüceyrələrin inkişafı və çoxalması ləngiyir.

Doğru qidalanmaq

Mənə nə yediyini söylə, deyim sən kimsən. Bu məşhur aforizmdə həqiqət var. Orqanizmimizin yeməkdən aldığı qidalı maddələr qocalma prosesinə müxtəlif cür təsir edə bilər.

Qocalmaq barədə müstəqil radikallara aid nəzəriyyəyə görə bizim bədənimiz hüceyrələrin müstəqil radikallar tərəfindən məhv edilməsi nəticəsində qocalır. Bu radikallar xarici elektron səviyyədə cütləşməmiş elektronlardan ibarət molekul və atomların birləşmələridir.

Doğru qidalanan zaman müstəqil radikalların əksəriyyətini neytrallaşdırmaq mümkündür. Vitamin C, E, beta-karotinlər və s. kimi antioksidantlarla zəngin qida qəbul edilən zaman müstəqil radikalların hüceyrələri parçalamaq şansları kifayət qədər azalmış olur.

Həkimlər qida rasionuna çoxlu sayda antioksidant tərkibli yeməklər, əsasən də balıq və tərəvəz daxil etməyi tövsiyə edir.

Günəşdən qorunmaq

Ultrabənövşəyi şüalanma bizim orqanizmimiz üçün faydalıdır. Çünki o A vitamininin yaranmasını stimullaşdırır. Bu vitamin öz növbəsində melatoninin ayrılmasında istifadə olunur. Orqanizmdə melatoninin səviyyəsi aşağı olarsa insan depressiv vəziyyətə düşür. Bundan əlavə şüanin təsiri altında orqanızm itirilmiş kollagenlərin bərpası prosesini sürətlə yerinə gəlməsini sürətləndirir.

Lakin ultrabənövşəyi şüanin həddən ziyadə çox qəbul edilməsi kollagen və elastini zədələyərək qırışların əmələ etirə bilmir.

Dermatoloqlar günəş şüaları altında olan zaman mütəmadi olaraq günəşdən qorunma faktoru 15-dən aşağı olmayan krem və digər vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Ağırlıq qaldırmaq

Qocalmağın digər bariz göstəricilərindən biri də yaşlı insanlarda əzələ kütləsinin itirilməsi səbəbi ilə ətrafların titrəməsi və zəifləməsidir. Əzələləri idarə edən motoneyronların ölməsi əzələ toxumalarının deaktivasiyasına gətirib çıxarır.

Sarkopeniya eyni zamanda dərinin qırışmasına və asılmasına səbəb olur, bu isə dəri altında yerləşən əzələ toxumalarının ölməsi nəicəsində baş verir. Tədqiqatlar göstərir ki, sarkopeniyanı nəinki dayandırmaq, o prosesi hətta geriyə döndərmək də mümkündür.

Həftədə üç dəfə olmaq şərtilə 45 dəqiqəlik ağırlıq qaldırma məşqləri 3 ay ərzində əzələ toxumalarını 32% artıra bilər.

Mümkün qədər az stress

Genetiklər müəyyən ediblər ki kixroniki stress orqanizmdə olan hüceyrələrin həyatını kiafayət qədər azaldır və telomerlərə mənfi təsir edir. Telomerlər xromosomların sonluğunda yerləşən sahələr olaraq yeni hüceyrə yaratmaq məqsədilə dayanmadan replikasiya edirlər.

Telomerlərin stress nəticəsində aşınması hüceyrələrdə olan DNT-lərin çoxalmasının tədricən qarşısını alır. Bunun nəticəsində də orqanizmdə olan hüceyrələr ölməyə başlayır.

Həyatdakı stressin azaldılması həyatı uzadır, yuxunun keyfiyyətini artırır, qırışların və gözlərin altındakı kisələrin yaranması prosesini ləngidir.

Stressin azaldılması üçün bir çox vasitələr var, bunlara dostlarla tez-tez görüşlər, ailə ilə daha çox vaxt keçirmək və idmanla məşğul olmağı aid etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!