“Haas” Maqnussen və Qrojan ilə müqavilələrin müddətini artırıb

“Haas”ın pilotları Romen Qrojan və Kevin Maqnussen 2019-cu il mövsümündə bu komandanın heyətində çıxışlarını davam etdirəcəklər.

Frame.az komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, “Haas”ın rəhbəri Günter Ştayner deyib: “Bolidimizin və komandanın inkişafını sürətləndirməkdən ötrü lap əvvəldən bizə təcrübəli pilotlar lazım idi. Hazırda Romen Qrojan və Kevin Maqnussenin timsalında bizim yaxşı və təcrübəli iki yürüşçümüz var. Biz ötən mövsümlə müqayisədə gözəçarpan dərəcədə irəliləmişik, buna görə də pilotların tərkibini qoruyub saxlamaq qərarı çox sadə oldu”.

Kevin Maqnussen bu komandanın heyətində 2017-ci il mövsümündən çıxış edir. O, kollektivdə Esteban Qutyerresi əvəzləmişdi. Romen Qrojan isə 2016-cı ildə “Haas” Formula 1 yarışlarında iştiraka başlayandan onu təmsil edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: