Idman

Handball

Həndbol — bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komanda oynadığı bir idman növüdür.
Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir.

İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuş və açıq sahədə həndbol gedərək məşhurluğunu itirərək itmişdir.

İndiki vaxtda Həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdədir.

İspaniyada ASOBAL Liga, Almaniyada Handball Bundesliga, İsveç’də Handbol Elit Serien, Danimarkada TDC Ligaen idmanın ən yuxarı səviyyədə oynandığı yerli liqalar olaraq xarakterizə edilməkdədir.

Müasir həndbolda dünya və olimpiada çempionluğunu Avropa Qitəsi xaricinə çıxara bilən tək komanda Koreya olmuşdur. Həm kişilərdə, həm də qadınlarda Asiya qitəsinin ən yaxşısı olan Koreyalılar, Avropanın nəhəngləri İsveç, Almaniya, İspaniya, Rusiya, Danimarka, Norveç və Fransaya baş ağrısı vermişdi.

Afrikada futboldan sonra ən çox diqqəti cəlb edən ikinci komanda idmanı olan həndbol, son illərdə Quru Qitədə böyük irəlləyiş etmişdir.

Misirdə 1999-da təşkil edilən Dünya Kişilər Həndbol Çempiyonanatında ev sahibi ölkə 4-cü olarkən, 2005-ci ildə də “Tunis” öz ölkəsindəki çempiyonanatda ilk dördə girmə müvəffəqiyyəti göstərmişdir.

Dünyada ən böyükhesablı həndbol qələbəsi 21 sentyabr 2014-cü ildə Yaponiya – Maldiv adaları (79:0) oyununda baş vermişdir.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!