Baku Shopping Festival

Hansı mağazalar Festival zamanı müştərilərə ƏDV qaytara biləcək?

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalı  zamanı ƏDV qaytarılması prosesinə qoşulmaq şərtləri haqqında sahibkarlara xəbərdarlıq edib.

Bakı Şopinq Festivalının (BSF) təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda ƏDV qaytarılması prosesi barədə məlumat yayıb.

Bürodan verilən məlumata görə, sahibkarlar yalnız Festivalın rəsmi saytında qeydiyyatdan keçdikləri halda bu üstünlükdən faydalana bilərlər. Buna görə də, mağazalar Azərbaycan vətəndaşlarına alış-verişdən sonra əlavə dəyər vergisini (ƏDV) geri qaytara bilmək üçün hansı qaydalara əməl etməli olduqlarını dəqiq bilməli və əməl etməlidirlər.

Festival çərçivəsində alış-veriş zamanı tətbiq olunan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılması sisteminə qoşulmaq üçün əvvəlcə BSF-nin rəsmi saytında və Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu iki qurumdan birində qeydiyyat aparılmadığı halda, həmin mağaza və ya digər sahibkarlar bu prosesə qoşula bilməyəcəklər.

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri (stikerin loqosuna əlavədə baxmaq olar) yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

Yerli əhaliyə ƏDV-nin qaytarılması sisteminə qoşulmaq üçün yerli sahibkarlar müraciət ərizəsini yazılı və ya festivalın rəsmi internet saytında olan elektron ərizə formasını (https://bsf.secure.force.com/Merchant_Form?lang=az ) doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyat ödənişlidir. Daha ətraflı məlumat üçün aşağıdakı link vasitəsilə əlaqə saxlamaq olar: http://bakushopfest.com/merchant-terms/.

Azərbaycan Konqreslər Bürosu bir daha sahibkarların diqqətinə çatdırır ki, Festivalın rəsmi veb səhifəsində vaxtında qeydiyyatdan keçsinlər. Əks halda, həmin şirkət və mağazalar festival zamanı heç bir güzəşt və üstünlüyə malik olmayacaqlar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!