Hazırda Azərbaycanda koronavirusdan sağalma 25 faiz təşkil edir

Hazırda Azərbaycanda koronavirusa yoluxmuş 836 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir. Həmin şəxslərdən 17 nəfər reanimasiyadadır ki, onların da 6-sı süni nəfəs aparatına qoşulub.

Frame.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda görülən tədbirlər və tibb işçilərinin fədakarlığı nəticəsində sağalma faizi bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Belə ki, hazırda Azərbaycanda koronavirusdan sağalma 25 faiz təşkil edir.

Ramin Bayramlı qeyd edib ki, sağalmış şəxslərin yenidən koronavirusa yoluxması da mümkündür. Lakin onlar xəstəliyi yüngül keçirə bilərlər. Ona görə də heç kəsin arxayınlaşmaması lazımdır.

TƏBİB-in İdarə Heyətinin sədri bildirib ki, xəstəliyə yoluxma faktları daha çox 50-60 və 30-40 yaşlı vətəndaşlar arasında qeydə alınır. Qadınlar kişilərə nisbətən daha çox yoluxurlar.

“Ümumilikdə indiyədək ölkəmizdə koronavirus infeksiyasının müəyyənləşdirilməsi məqsədilə 75 min 397 test icra olunub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ən çox test edən ölkələr arasındadır”, – deyə R.Bayramlı bildirib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: