Hazırda fəaliyyətdə olan 7 pilotun adı Formula 1-in ən nüfuzlu 100 nümayəndəsinin siyahısına daxil edilib

“Paddock Magazine” nəşri 2019-cu ildə Formula 1 çempionatının ən nüfuzlu 100 nümayəndəsinin siyahısını dərc edib. Siyahıya hazırda fəaliyyətdə olan 7 pilotun adı daxil edilib.

Frame.az xəbər verir ki, onların arasında ən yüksək pilləni 21-ci yerdə qərarlaşan beşqat dünya çempionu, “Mercedes”in pilotu Lyuis Hamilton tutur.

33-cü sırada dördqat dünya çempionu, “Ferrari”nin pilotu Sebastian Fetteldir. “Red Bull”un lideri Maks Ferstappen 44-cü, Hamiltonun komanda yoldaşı Valtteri Bottas 49-cu yeri tutublar. “Ferrari”nin yeni pilotu Şarl Lekler siyahıda 53-cü sətirdə qərarlaşıb.

2007-ci il mövsümünün dünya çempionu Kimi Raykkonen 63-cü yerdədir. Hazırda fəaliyyətdə olan pilotların reytinqində sonuncu yeri “Renault” komandasının nümayəndəsi, siyahıda 72-ci sırada olan Daniel Rikkardo tutur.

Formula 1-in ən nüfuzlu 100 nümayəndəsinin siyahısında “Liberty Media”nın rəhbəri Çeyz Keri liderlik edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: