Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 705 min 906-ya bərabərdir

Mayın 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18 min 339 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3783, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 556 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 705 min 906-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 9 min 487, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 696 min 419 nəfərdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: