SosialTəqdimatƏn Son

‘’Hərbiyyə’’ hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək.
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.
Əsgər simulyasiya oyunu formasında qurulacaq düşərgə hərbi hissə və səhra şəraitində təşkil ediləcək, iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin olunacaqlar. Otel və ev şəraitindən fərqli, məişət şəraitli düşərgədə 9 regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edəcək.
“Hərbiyyə” hərbi – vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.
Əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.
Qeydiyyat üçün link: http://herbiyye.asanyouth.az/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!