Hemilton İspaniya Qran-Prisinin qalibi olub

“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub.

Frame.az xəbər verir ki, ikinci yeri Hemiltonun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yeri isə “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen tutublar.

Mövsümün ilk 5 yarışından sonra L.Hemilton 112 xalla turnir cədvəlinə liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.

Formula 1 yarışlarının növbəti mərhələsi mayın 24-26 da Monakoda keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: