Hemofiliya pasientləri ilk dəfə olaraq Respublika Velotrekində qonaq oldular

Noyabrın 30-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientləri və onların ailə üzvülərinin iştirakı ilə Respublika Velotrekidə ilk tanışlıq mərasimi təşkil olunub.

Tədbirdə Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadionu, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumatlar verilib.

Komplekslə ilk tanışlıqdan sonra dəyirmi masa ətrafında tədbir davam edib. “Ladies on Bikes” həvəskarlar klubunun rəhbəri Nur Axundlu velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən düzgün istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumatlar verilib və peşəkar idmançılar tərəfindən əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəlikləri izah edilib. Görüş zamanı 2017-ci ildə hemofiliyalı pasientləri arasında ilk ümumrespublika yarışının keçirlməsi də müzakirə olunub. Həmçinin velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda hemofiliyalı pasientlərin ailə üzvüləri yaradılan şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Mətbuat xidmətinin rəhbəri Fuad Rəsul.15281123_1253242044714623_1550331125_n 15310194_1253242411381253_2125516869_n 15310529_1253244191381075_501060807_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: