Frame LifeSosial

Hemofiliyalı uşağı olan ailələr Lənkəranda fizioterapiya üzrə təlim və praktiki məşğələ keçiblər

“Hemofiliyalı Xəstələr” ictimai birliyi 25.07.2017-25.07.2019-cu tarixlərdə Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Azərbaycanda fizioterapiya xidmətinin inkişafı üçün layihə həyata keçirəcək.

Bayram günləri, 20 hemofiliyalı uşağı olan ailə və onların anaları, ümumilikdə 40 nəfər Lənkəranda İstirahət və Sağlamlıq Mərkəzində fizioterapiya üzrə təlim və praktiki məşğələ keçdilər.

Layihədə iştirak edən könüllü həkim və Assosiasiyanın könüllüləri komanda şəklində hemofiliyalı xəstələrə və onların ailələrinə hemofiliyanın müalicəsində fizioterapiyanın vacibliyi haqqında seminar və praktiki təlim keçmişlər. Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterpiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova, Şirvan şəhər Mərkəzi Xəstəxananın irsi qan xəstəlikləri üzrə regional Mərkəzin rəhbəri Dr. Təranə Cəlilova, fizioterapevt Sevinc Məmmədova və Şirvan şəhər Uşaq Poliklinikasının baş həkimi Dr. Şirinxanım Səmədova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədr müavini Ayaz Hüseynov təlimlərdə ekspert qismində iştirak etmişlər.

Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Azərbaycanda fizioterapiya xidmətinin inkişafı üçün layihə çərçivəsində bundan sonra 14 ay ərzində 240 nəfərin iştirakı ilə fizioterapevtik müayinə və müalicələrə dair seminarların keçirilməsi davam edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!