Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraş Xorxe Marinin sərgisi açıldı

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin (Jorge Marin) “Varlığın canlanması” (The Reconstruction of the Being) adlı fərdi sərgisinin açılışı oldu. Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Sərgiyə biletlə giriş oktaybrın 29-dan etibarəndir.

Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir. “Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan cəmiyyətdə”, “İnsan kosmosda” və “İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, “özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.

53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə, bu material onun yaradıcılığının səciyyəvi elementinə cevrilib. Xorxe Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölcülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub. Xorxe Marin 250-dən cox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Turkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta Rika, Panama, El Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib. Heydər Əliyev Mərkəzində açılan sərgi 2017-ci il martın 31-dək davam edəcək. 14666128_929831477161135_1509294790550723952_n 14560091_929833333827616_3869434095777885184_o 14556587_929833870494229_6449250981582730424_o

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: