Heydər Əliyev Mərkəzinin parkında muğam-caz konserti olub

Heydər Əliyev Mərkəzinin parkında həftəsonu tədbirlər çərçivəsində növbəti konsert olub. Bu dəfə tamaşaçılara muğam-caz konserti təqdim edilib.

Frame.az xəbər verir ki, Xalq artistləri, xanəndələr Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Əməkdar artistlər, xanəndələr Qoçaq Əsgərov, Səbuhi İbayev, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, tarzən Sahib Paşazadə, pianoçu Emil Əfrasiyab, gənc muğam ifaçısı Rəvanə Qurbanova və digər ifaçılar tamaşaçılara muğamlar, “Leyli və Məcnun” operasından duet, muğam-caz kompozisiyaları təqdim ediblər.

Sonda konsertdə iştirak edən incəsənət ustalarının ifasında “Bura Azərbaycandır” mahnısı təqdim olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: