AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

Heydər Əliyev Beynəlxalq Aeroportu səkkiz ay ərzində 3 milyondan çox sərnişinə xidmət göstərmişdir

2018-ci ilin ilk səkkiz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur.

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 305 min sərnişin düşmüşdür.

İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın,  11 faizi  isə “Buta Airways”in payına düşmüşdür.

Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “Iraqi Airways”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçmuşdur. Onlar cəmi 191 min sərnişinə xidmət göstərmişdirlər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!