EventsTəqdimat

Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə uşaqlar üçün şənliklər təşkil olunacaq- FOTO

Dekabrın 28-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə uşaqlar üçün “Küpəgirən qarının hiyləsi” nağıl-tamaşası və yanvarın 2-3-4-də “Qar dənəcikləri” adlı uşaqlar üçün musiqili-əyləncəli Yeni il şənlikləri təqdim olunacaq.

Nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcəklər.

Saat 13:00 və 16:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 5-15 manat təşkil edir.

Konsertin informasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az-a məxsusdur.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!