“Hoqqa” adlı yeni Azərbaycan filminin qala gecəsi olub-FOTO-lar

Yanvarın 26-da Nizami Cinema Center-də“Hoqqa” adlı yeni Azərbaycan filminin qala gecəsi baş tutdu.

Frame.az xəbər verir ki, ekran işində baş rolda əməkdar artist Dilarə Əliyeva və aktyor Elməddin Cəfərov rol alıb. Fariz Əliyevin ssenari müəllifi olduğu filmdə eyni zamanda Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nahidə Orucova da çəkilib.

Qala gecəyə sənət aləminin tanınmış simaları da qatılıb. Onlar arasında xalq artistləri Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, aktyorlar Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, aparıcılar Mətanət Əliverdiyeva, Kamilə Babayeva və başqaları olub.

Tədbirdən fotoları sizə təqdim edirik. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: