Maraqlı

Hörümçəyin beyni haqqında maraqlı məlumat

Hörümçəklər yırtıcı heyvanlardır. Hətta bir-birinə də hücum edirlər. Qidalanması müxtəlifdir. Çoxu həşəratlarla qidalandıqları üçün faydalı hesab edilir. Hörümçəklərin hamısı qidalarını tutmaq üçün tor düzəltmirlər. Bir hissəsi onları qovaraq və ya üzərlərinə tullanaraq ovlayırlar. Suda böcək, qurbağa, balıq ovlayanlar da var. Qısqaclarından zəhər ifraz etməklə ovu öldürür. Daha sonra dişləri ilə onu parçalayır. Ağzında ifraz etdiyi tupurcək vasitəsi ilə ovun içalatı maye halına gələnə qədər əriyir.

Bəs hörümçəklərin beyni harada yerləşir?

Araşdırmalar nəticəsində məlum olub ki, hörümçək nə qədər balaca olsa beyni o qədər böyükdür. Alimlər çoxlu sayda hörümçək üzərində araşdırma apararaq, ən böyük beyinlərin ən kiçik hörümçəklərə aid olduğunu müşahidə ediblər. Hətta bəzi hörümçəklərin beyni bütün bədənini əhatə edir. Bundan belə nəticə çıxır ki, hörümçəklər digər orqanlarını beyinlərinə qurban veriblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!