Covid-19TurizmTəqdimat

Hotelçilik sənayesinin nümayəndələri peyvənd olunublar

Aprelin 22-də hotelçilik sənayesinin bir sıra üzvləri koronavirusa qarşı peyvənd olunublar.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, könüllü şəkildə peyvənd olunmaq istəyən hotellərin əməkdaşları həkim yoxlanışından sonra “Baku Marriott Boulevard Hotel”də vaksinasiyadan keçiblər.

Azərbaycan Hotel Assosiasiyasının və “Abşeron Hotel Group”un təşəbbüsü və təşkilatçılığı ilə reallaşan vaksinasiya prosesi mərhələli şəkildə həyata keçiriləcək.

İlkin olaraq Azərbaycan Hotel Assosiasiyasının üzvü olan və Bakıda yerləşən hotellərin 420 nəfər, region hotellərin isə 575 əməkdaşının peyvənd olunması nəzərdə tutulub.

Vaksinasiya zamanı Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam turizmin, eləcə də hotelçilik sənayesinin sürətli bərpasının və əvvəlki iş rejiminə qayıtmasında vaksinasiya prosesinin önəmini vurğulayıb.

Turizm sənayesinin nümayəndələrinin vaksinasiyası prosesi çərçivəsində aprelin 21-də “Şahdağ Turizm Mərkəzinin” kollektivi də peyvənd olunub. Vaksinasiya kompleksdəki klinikada Qusar rayonu Mərkəzi Xəstəxanasının xüsusi səyyar briqada tərəfindən həyata keçirilib. Vaksinasiyada Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndi istifadə olunub.

Xatırladaq ki, aprelin 9-da Dövlət Turizm Agentliyinin kollektivi könüllü şəkildə koronavirusa qarşı vaksinasiyadan keçib. Vaksinasiya zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində turizm sənayesinin nümayəndələrini dövlət tərəfindən yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!