Huawei şirkətindən Azərbaycan tələbələri üçün inkişaf proqramı

Azərbaycanın Rabitə və yüksək Texnologiyalar Nazirliyi ilə Huawei şirkəti İKT sektorunda gəncləri inkişaf etdirmək üçün “Seeds for the Future” proqramına start verir!

İKT biliyinə malik ən yaxşı 10 tələbə seçiləcək və Çinə 2-həftəlik təlimə göndəriləcək.

Çindəki iki həftəlik proqram Pekində vaxt keçirməklə başlayır və burada tələbələr Çin mədəniyyətini öyrənmək və tarixi yerləri ziyaret etmək şansı əldə edir! Daha sonra tələbələr Huawei-in Şenzen şəhərində yerləşən baş ofisinə dəvət olunub İKT sahəsində ən son texnologiyalar barədə öyrənəcəklər.

Tələbələr eyni zamanda, İKT təlim kurslarına qatılacaqlar və təlim proqramının sonunda onlara sertifikat təqdim olunacaq.

Qeydiyyat tarixi: 4 May – 19 May, 2017
Müsabiqəyə qatılmaq üçün sff@huawei.com ünvanına müraciət edə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: