IqtisadiyyatPR-TanıtımTəqdimat

Hubspot Marcom şirkəti ilə maraqlanır

Rəqəmsal marketinq sahəsində öz əməkdaşlarına yatırım etməkdə fərqlənən Marcom Marketinq və Kommunikasiya şirkəti dünyaca məşhur Hubspot şirkətinin diqqətini cəlb edib.

Dünya üzrə marketinq və satış platformalarının hazırlanması üzrə ixtisaslaşmış Hubspot şirkəti Marcom MMC şirkətinə Azərbaycan üzrə tərəfdaşı olmağı təklif edib.

“Bizim üçün sevindirici haldır ki, Hubspot kimi dünya markasının diqqətini cəlb edə bilmişik. Rəqəmsal marketinq bizim şirkətin ana xəttini təşkil edir. Biz bu istiqamətdə daima yenilikləri araşdırır və əməkdaşlarımızın inkişafı üçün yatırımlar edirik. Hubspot şirkətinin bizə maraq göstərməsinin əsas səbəbi əməkdaşlarımızın həmin şirkətə məxsus olan sertifikatları əldə etməsi olmuşdur.” deyə şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bildirib. Onun sözlərinə görə hal-hazırda tərəflər arasında danışıqlar gedir. “Bu istiqamətdə razılığa gəlmək çətin məsələdir. Hubspot, Google Akademiyası ilə bir sırada adı çəkilən qlobal bir şirkətdir. Bazar hələ Hubspot şirkətinin təklif etdiyi xidmətlərə hazır deyildir. Yerli şirkətlər “inbound marketinq” istiqamətini indi-indi eşitməyə başlayırlar. Bundan əlavə şirkətlərin böyük əksəriyyəti öz veb platformalarında kontentin zənginliyinin olmamasından əziyyət çəkir. Belə olan halda Hubspot şirkətinin qarşısında öhdəlik götürüb sonradan onun icrasında çətinliklərlə üzləşmək hər iki markanın imicinə kölgə sala bilər. Bu baxımdan danışıqları mərhələli şəkildə davam etdiririk. Marcom şirkəti olaraq hal-hazırda yerli şirkətləri marketinqin müxtəlif istiqamətləri ilə bağlı maarifləndirməkdə davam edirik. Hədəfimiz sağlam rəqabət mühiti yaratmaq və bu istiqamətdə peşəkar kadrlar yetişdirməkdir.”

Qeyd edək ki, Marcom şirkəti həm Azərbaycan, həm də Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkət, hər iki ölkə üzrə ümumilikdə 36 marketinq xidmət təklif edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!