MaraqlıTəqdimat

Hyundai yenə də bütün diqqətləri üzərinə çəkməyi bacardı

Hyundai IONIQ Hybrid, duzla örtülmüş Bonnevilledə maksimum 254 km/s sürətə çatarkən eyni zamanda modelin gələcəkdəki gücünü də nümayiş etdirdi. Hyundai, ötən aylarda bazara təqdim etdiyi elektrik, hybrid və plug-in hybrid olan 3 mühərrikli IONIQ-in xüsusi bir prototipi Amerikada çox xüsusi bir sınaq həyata keçirib. Hibrid kateqoriyasında bir mühərriklə 254 km/s sürətə çataraq rekord qıran Hyundai, beləliklə, dizaynı qədər motor texnologiyasında da əhəmiyyətli nəticələri ortaya qoydu.

Amerikanın Şimal-qərb vilayətlərindən biri olan Utah Bonnevilledəki testlər tamamilə duzla örtülmüş bir zəmində həyata keçirilib. Test üçün xüsusi olaraq inkişaf etdirilən IONIQ, komanda ruhuna sahib, sürətli olsun deyə standart modelə görə daha 100 mm aşağı quruluşda və xüsusi təkərlərdə olmuşdur. Təhlükəsizliyi qorumaq üçün avtomobilin daxilinə isə sırf test üçün opsiyalarlar quraşdırılmışdır .

Bu sürət ilə rəqiblərini geridə qoyan Hyundai IONIQ həm interyer, həm eksteryer həm də texnologiya baxımından gələcəyin avtomobili olmaqda mühim addımlar atmaqdadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!