Maraqlı

İbrətamiz hekayə

Yapon memarlarından biri evini başdan aşağı yeniləyirdi. Təmir əsnasında sökdüyü qapılardan birinin divarla əlaqəli hissəsində iki taxta arsında sıxışıb qalmış bir kərtənkələ tapdı. Bir az daha diqqətlə baxdıqda, kərtənkələnin canlı olduğunu gördü. Onu oradan qurtarmağa çalışarkən bu dəfə kərtənkələnin bir ayağından divara mismarlanılmış olduğunu gördü. On il əvvəl ev tikilərkən mismarın təsadüfən kərtənkələnin ayağına batmasını düşündü memar.
Yaxşı necə olmuşdu ki, bu kərtənkələ, bir santimetr boyu belə tərpənə bilmədiyi bu qaranlıq divar boşluğunda on ildir canlı qalmağı bacarmışdı?
Memar, təmir işlərini bir kənara buraxaraq kərtənkələni izləməyə başlayır. Bu kərtənkələ yalnız havayla bəslənmədiyinə görə, bu qədər il həyatını necə davam etdirə bilməsi ona çox maraqlı gəlirdi.
Bir müddət sonra divar boşluğunda bir hərəkət oldu. Yapon memar, haradan çıxdığını dəqiqləşdirə bilmədiyi başqa bir kərtənkələnin gəldiyini gördü. Gələn kərtənkələ, yerindən tərpənə bilməyəcək halda olana ağızında yemək daşıyırdı.
Bu kərtənkələ digərinin bəlkə anası idi, bəlkə yoldaşı, bəlkə də dostu idi. Kim bilə bilər ki? Amma bilinən bir şey var ki, aralarındakı güclü sevgi, birinin bezib usanmadan digərini həyatda tuta bilmək üçün ona yemək daşımasına səbəb olmuşdur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!