FestivallarSəyahətTurizmƏn Son

İçərişəhərdə Beynəlxalq Turizm Günü münasibətilə festival təşkil olunacaq

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 27 sentyabr – Dünya Turizm Günü münasibətilə Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək.

Qoruq İdarəsindən bildiriblər ki, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya Respublikası, Yunanıstan, Polşa və digər ölkələrin səfirlikləri iştirak edəcək.

Festival mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək, o cümlədən Azərbaycan mədəniyyəti və tarixini, İçərişəhərin turizm potensialını dünyada tanıdılması məqsədi daşıyır.

Tədbirdə nümayiş olunan stendlərdə iştirakçı ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi, onların respublikamızdakı fəaliyyətləri barədə məlumat veriləcək. Bununla yanaşı, həmin ölkələrdə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və suvenirlər nümayiş ediləcək.

Xatırladaq ki, Dünya Turizm Təşkilatının Baş Qərargahının 1979-cu ildə təsis etdiyi Dünya Turizm Günü dünyanın 150-dən çox ölkəsində qeyd olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!