EventsQalereyaŞəkillərSərgiTəqdimat

İçərişəhərdə isveçli rəssamın əsərləri sərgilənir

Sentyabrın 25-də İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olub.

Frame.az xəbər verir ki, sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşıb.

Sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamların əsərlərindən ibarət “vorkşop” təşkil olunub.

İki gün davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!