EventsFestivallar

İçərişəhərdə “Qış Qalası” yeni il festivalı başlayır

Dekabrın ilk günü İçərişəhərdə şəhərimizin bayram əhvalına öz töhfəsini vermək məqsədilə təşkil olunan ənənəvi “Qış Qalası” yeni il festivalı öz qapılarını yenidən qonaqların üzünə açır.

Maraqlı suvenirlər, orijinal əl işləri və yeni il atributlarının satıldığı sehirli “Qış Qalası” evcikləri artıq öz ziyarətçilərini qarşılamağa hazırdır. Dekabr ayının 1-dən yanvarın 15-dək festivalı ziyarət etməklə uşaqlarınızın əyləncəli animasiya proqramında iştirak etməyinə şərait yarada, eləcə də müxtəlif müsabiqələrdə iştirak edib hədiyyələr qazana, ləziz isti qəlyanaltılar, şirniyyat və içkiləri dada bilərsiniz.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu dəfə Bakı sakinlərini və şəhərimizin qonaqlarını təkcə Qoşa Qala qapısı meydanına yox, həm də Qız qalası meydanında təşkil olunan rəngrəng yeni il festivalında iştirak etməyə dəvət edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!