MədəniyyətTəqdimat

ICOM Azərbaycan Milli Komitəsi Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova ICOM Azərbaycan Milli Komitəsi adından Braziliya Milli Muzeyinin direktoru Aleksandr Kellnerə rəhbəri olduğu muzeydə baş verən bədbəxt hadisə ilə bağlı məktub ünvanlayıb. Məktubda deyilir ki, Braziliyanın Milli Muzeyində baş verən ciddi yanğın haqqında məlumatı dərin kədərlə qarşıladıq. ICOM Azərbaycan Milli Komitəsi Azərbaycan Respublikasının bütün muzey ictimaiyyəti adından Braziliya Milli Muzeyinin heyətinə, ölkənizin muzey ictimaiyyətinə böyük milli itkilər qarşısında öz dərin kədər və həmrəyliyini ifadə edir”- deyə məktubda bildirilir.

Xatırladaq ki. bu yaxınlarda Braziliyanın Rio de Janeyro şəhərində yerləşən, dünya əhəmiyyətli kolleksiyalarla zəngin olan və 20 milyondan artıq nadir eksponatın saxlandığı ən məşhur muzeylərdən biri yanaraq kül olub. Bir müddət əvvəl Portuqaliya kral ailəsinin iqamətgahı olmuş binada yerləşən muzeyin bu il 200 illik yubileyi qeyd olunmuşdu. 1818-ci ildə Portuqaliya kralı 6-cu Juanın əmri ilə yaradılmış muzeydə Şimali və Cənubi Amerikada ən böyük heyvan, mineral, daşlaşmış qalıqlar, mumiyalar və hindu məişət əşyaları kolleksiyaları vardı. Eksponatlar arasında dinozavr sümükləri və 12 min il əvvəl yaşamış qadının skeleti də vardı. Bu skelet Amerikada aşkarlanmış ən qədim insan sümükləri idi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!